Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
MƏİŞƏT ZORAKILIĞI QURBANLARI İLƏ NECƏ DAVRANMALI

0

  • Statistika göstərir ki, dünyanın bir çox ölkələrində zorakılıq, xüsusilə də gender əsaslı zorakılıqlar hələ də davam etməkdədir. Məişət şəraitində qadın və uşaqlara qarşı zorakılıq ilk növbədə insan hüquqlarının təminatına təhlükə yaradır. Qadın və uşaqlara qarşı məişət zorakılığı tək qadınların problemi olmamalıdır. Məişət zorakılığı ciddi sosial bir problemdir. Onun həlli düzgün və vaxtında edilən müdaxilədən asılıdır. Əgər vaxtında və düzgün müdaxilə olunarsa baş verə biləcək hər cür zorakılığın qarşısı alınar.

    Məişət zorakılığının qurbanı olmuş qadın, həkimin yanına gəlib deyir ki, yıxılıb zərbə almışam. Həkim heç bir tədbir görmür. Lakin həkim fikirləşməlidir ki, növbəti belə bir "qapıya dəymə" qadın üçün ölümcül ola bilər.

    Digər bir məsələ, polisə zəng edib ərinin onu döydüyünü bildirən qadın bir müddət sonra şikayətini geri götürür. Bu halda polis əməkdaşının məsələyə həssas yanaşması əsas şərtdir.

    Nəzərə almaq lazımdır ki, qadınlar bir qayda olaraq ifadə verməkdən imtina edirlər. Onların etibarını qazanmaq üçün ifadə verməməyin səbəblərini başa düşmək lazımdır. Jəmiyyətdə daima lazımdır ki, zərərçəkmişlərin tərəfində olub, onun mənafeyini qoruyasan.

    Azərbaycan qadınlarının əksəriyyətinin öz hüquqlarını bilməməsi və dövlətin verdiyi imkanlardan yararlanmağı bacarmaması məişət zorakılığına və qadınların hüquqlarının pozulmasına səbəb olur.

    Zorakılığın qarşısının alınması qadınlara öz bacarıqlarından istifadə etmələri üçün geniş imkanların yaradılmasını, əhalinin maarifləndirilməsi sahəsində aktiv fəaliyyətin həyata keçirilməsini tələb edən prosesdir.

    Ramilə XUDAYAROVA,
    Xocalı rayon Qadınlar Şurasının sədri.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib59 dəfə
    mƏİŞƏt zorakiliĞi qurbanlari İlƏ necƏ davranmali

    Maraqlı gələ bilər
    43